Şahin Diniyev bu komandada heç kimdir? - VİDEO

27 Oktyabr 2023 13:00 Səbail 834
Şahin Diniyev bu komandada heç kimdir? - VİDEO

«Səbail»in məşqçisi Səbahəddin Tekin Türkiyə mediasına açıqlama verib.

Bu ilin yayından Şahin Diniyevin köməkçisi olaraq işə başlayan türkiyəli Bayıl klubundakı fəaliyyətindən danışıb.

Reportaj Tekinin təbliğatı və tanıtımı üzərində qurulub.

Yerli həmkarlarımızın danışdıqlarını eşidən olsa, deyər ki, «Səbail»in Premyer Liqanın ilk dövrəsində əldə etdiyi nəticələr yalnız onun uğurudur, Şahin Diniyevlik burada çox iş yoxdur.

Azər Məmmədovun «Kəpəz»ə yollanmasından sonra «dənizçilər»in məşqçi korpusunda yer alan Tekin ölkəsində tanınan simalardan biridir.

«Kayserispor»un şinelindən çıxıb, bir sıra klubları çalışdırıb. O, «Səbail»ə keçməmişdən illər öncə «Qarabağ»da fəaliyyət göstərib, akademiya sturkturunda mühüm vəzifə tutub.

Bəlkə də türkiyəli jurnalistin söylədikləri tamamilə həqiqətdən ibarətdir. Hər halda Diniyevin ötən mövsüm «Səbail»i yalnız son anda Premyer Liqada saxlamasını hələ unutmamışıq.

Cari sezon isə fərqlidir və məhz Tekinin gəlişindən sonra komandanın çıxışa keçməsi heç də təsadüfə oxşamır. Böyük ehtimalla, bu iki məqam arasında ciddi bağlılıq var.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti