Qazananda sinəsini, uduzanda futbolçuları ayağa verən

21 Oktyabr 2023 19:00 Səbail 703
Qazananda sinəsini, uduzanda futbolçuları ayağa verən

“Nə olub, kimsə ölüb? Futboldur da.

Üç nəticədən biri qeydə alınır. Heyat davam edir. Pis oynayıb uduzmadıq.

"Neftçi"nin bu gün əvəzetmədən oyuna girən futbolçuları bizim heyətə bəs edir”.

Bu ifadəni işlədən baş məşqçiyə, Şahin Diniyevə çox söz demək olar. Mən bunu buraxıram futbolçuların ixtiyarına.

Hansılar ki, ona ardıcıl qələbələr qazandırıb.

Hansılar ki, komandanı turnir cədvəlində üçüncü pilləyə qaldırıb.

Hansılar ki, hər oyunda meydanda var gücləri ilə mübarizə aparırlar.

Şahin Diniyevin onları aşağılamağa haqqı yoxdur! Gərək futbolçular da bu haqqı ona verməsin.

Diniyev «Neftçi»nin oyunçularını özününklərdən üstün görürsə, yenə özü bilər, gərək bunu dilinə gətirməsin.

Bəs qələbələr sıralananda yaxşı idi, indi pis oldular? İlk dövrədə “Neftçi”ni xal itkisinə uğradan da bu futbolçular idi də.

Var da, bu adamda məsuliyyəti öz üzərindən atmaq bir «xəstəlik» var.

Əvvəl də belə idi, heç dəyişməyib.

Qələbə qazananda sinəsini, uduzanda da futbolçuları ayağa verər.

O, göstərdikləri əzmkarlıqdan ötrü komandasının hər bir üzvünə tək-tək minnətdarlıq bildirməli idi. Day bu açıqlamayla gündəmə gəlmək yox.

Hələ üzü də var, bundan sonra kollektivin qarşısına çıxacaq.

Gözləyin, bir-iki məğlubiyyətdən sonra ad da çəkəcək, ayrı-ayrı nəfərləri suçlayacaq. Onda eşidəcəksiz ki, kimlərisə vaxtından əvvəl düşərgədən uzaqlaşdırdı.

Diniyev kreslosunu qorumaq naminə istənilən şəxsi «günah keçisi» elan edəcək qədər zəif məşqçidir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti