ŞOK İDDİA! "Diniyev ona deyib ki, "gəl, "Səbail"ə, bu qədər sənindir, bu qədər də mənim"

18 Oktyabr 2023 15:00 Səbail 8 133
ŞOK İDDİA! "Diniyev ona deyib ki, "gəl, "Səbail"ə, bu qədər sənindir, bu qədər də mənim"

«Səbail»in baş məşqçisi Şahin Diniyevlə bağlı növbəti şok iddia yayılıb.

Sosial şəkəbədə tanınan «premyerliqa» səhifəsi Bayıl təmsilçisinin çalışdırıcısına dair yeni xəbəri ictimailəşdirib.

İnofrmasiya bundan ibarətdir:

«Son məlumata görə, Şahin Diniyev əlahəzrətli bir gənc futbolçumuza «Gəl, «Səbail»ə. Bu qədər sənindir, bu qədər də mənim. Razısan?» deyib.

Adamın gözü doymur da. Əsas komandada olan yerlilərin maaşlarından hər ay aldığı faizlər bunun nəfsini boğmur.

Elə deyir, ver e, ver! Darıxmayın!!! Hər şeyin zamanı var. Azərbaycan futbolunu xanaya çevirən hər bir kəsd rədd olub gedəcək».

Bunlar çox ciddi ittihamlardır. Biz öz növbəmizdə Şahin Diniyevin yenə köhnə variantlara baş vurmasını iddia etmirik.

Ancaq istərdik ki, «Səbail» rəhbərliyi, birinci də Rauf Vəliyev bu tip xəbərləri nəzarətə götürsün, incələməyə alsın. Klubun imici üçün ən vacib addım bu olmalıdır.

Biz bilirik ki, Rauf Vəliyev «dənizçilər»ə necə qayğı və diqqətlə yanaşır, onların nədənsə korluq çəkməsinə imkan vermir.

«Xəzər Dəniz Gəmiçiliyi»nin İdarə Heyətinin sədri «Səbail»i yağ içində böyrək kimi saxlayır, onu Premyer Liqanın maddi cəhətdən ən güclü 3-5 iştirakçısından biri edib.

Belə rahatlıq var ikən, adının bu cür iyrənc məsələlərdə hallanması Şahin Diniyevin özünü də narahat etməlidir. O, haqqında yayılan informasiyalara səssiz qalmamalı, həqiqəti söyləməlidir.

Əks halda, «Kəpəz»də çalışdığı illərdə yaxasına yapışan ləkələrin rəngi bir qədər də tündləşəcək.

Əlbəttə, qaradan o yana rəng yoxdur və Diniyev bunlardan əndişə keçirməlidir. Belə də ki, heç kim dinib-danışmasa, uzağı, 40 gün gözləyəcəyik…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti