Azərbaycanlı futbolçunun tələbi – 70 minimi geri qaytarın!

10 Oktyabr 2023 15:00 Səbail 2 415
Azərbaycanlı futbolçunun tələbi – 70 minimi geri qaytarın!

«Araz-Naxçıvan»ın futboloçusu Tural Bayramlının «Səbail»dən şikayətçi olduğunu xəbər vermişdik.

O. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə bununla bağlı müraciət ünvanlayıb.

Cari mövsümdən Müxtar Respublika təmsilçisinin formasını geyinən yarımmüdafiəçi sabiq klubunun üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməməsini bildirib.

Ərizədə göstərilib ki, müqaviləsi olduğu halda, 1 ilə yaxın müddətdə əsas komadadan uzaqlaşdırılıb və əməkhaqqısı ödənilmyib. Tural fedherasiyadan məsələnin araşdırılmasını və «dənizçilər»in ona olan borcunu qaytarmasını verilməsini istəyib.

Bayramlı ötən mövsümün əvvəlində Mahmud Qurbanov tərəfindən cəzalandırılıb. Ovaxtkı baş məşqçinin əvəzedici heyətə göndərdiyi orta sahə oyunçusunu sonradan Şahin Diniyev də geri qaytarmayıb.

İndi isə «dənizçilər»in Turala xeyli borcu yığılıb qalıb. Rəqəm heç də balaca deyil. «Səbail» sabiq oyunçusuna 70 min manat ödəməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti