Kapitan etdi, "qara siyahı"ya saldı, yerinə göz dikdi, kin saxladı – Sirli olayın iç-üzü…

9 Oktyabr 2023 17:40 Səbail 2 444
Kapitan etdi, "qara siyahı"ya saldı, yerinə göz dikdi, kin saxladı – Sirli olayın iç-üzü…

«Səbail»in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın ilk dövrəsinin «Qəbələ» ilə səfər oyunundan sonra verdiyi açıqlama ilə gündəmi zəbt etdi.

1:0 hesablı təsadüfi qələbənin təsirindən çıxa bilməyən çalışdırıcı ötən ilin mayında buradan ayrılmış Aftandil Hacıyeva söz atıb. o, «Yadınızdadır da, "Səbail" avrokuboklarda oynadı, ondan sonra isə üç il çempionatda axırıncı yeri tutdu» ifadəsini işlətdi, bununla həmkarının 4 mövsümlük fəaliyyətinə kölgə saldı.

Gözlənildiyi kimi, bu açıqlama birmənalı qarşılanmadı və Diniyev həm mediada, həm də sosial şəbəkələrdə tənqidə məruz qaldı.

Vaxtilə «Kəpəz»dən qalmaqalla ayrılan, AFFA-nın təmsilçiləri ilə bərabər maxinasiyaya yol verməsi barədə iddiaları özündən uzaqlaşdıra bilməyən birinin belə danışması təəccüb doğurmaya bilməz.

«Təmiz məşqçi» statusunu geri qaytarmağı bacarmayan Diniyev niyə birdən-birə bu cür «quş» buraxsın ki? Axı çoxumuz onu danışmaq sarıdan ehtiyatlı biri olaraq tanıyırıq.

O, altdan-altdan iş görməkdə nə boyda böyük sənətkardırsa, komunikasiya baxımından bir elə təcrübəlidir. Üzdə hamıyla deyə-gülə münasibət qurmaqda aslıdır. Açıq-aşkar kimləsə birbaşa konfliktə girməz.

Konkret bu məsələyə gəlincə, motiv bir az fərqlidir və kökü illər əvələ gedib çıxır.

Diniyev 90-cı illərin sonuna yaxın U-16-nın baş məşqçisi olanda Hacıyev bu komandanın kapitan sarğısını daşıyıb.

Yeniyetmə Aftandili başqalarından fərqləndirib, həmişə komanda içində onu tərifləyib, yoldaşlarına nümunə göstərib, «səni həmişə irəli çəkəcəm» deyib.

Diniyev ailəsi ilə avtomobil qəzası keçirəndə də ona ən çox canıyanınan da Hacıyev olub. Həmin vaxt psixoloji sarsıntı keçirən çalışdırıcı ona mənəvi dəstək vermiş müdafiəçiyə həmişə öz minnətdarlığını bildirib.

O, 2006-ci ildə, əsas millinin sükanı arxasında işlədiyi dönəmdə Aftandili də düşərgəyə çağırıb. Ukrayna ilə yoxlama görüşündə qeydə alınan 0:6 hesablı məğlubiyyət münasibətləri 180 dərəcə dəyişib.

Diniyev ağır yenilginin məsuliyyətini öz üzərindən atmaq üçün AFFA-nın ozamankı rəhbərliyinə 6 futbolçunun yığmadan uzaqlaşdırılması barədə raport verib. Hacıyev də «qara siyahı»da yer alıb.

İddia edib ki, guya həmin oyunçular komanda daxilində qruplaşma yaradıb və ümumi əhval-ruhiyyəni pozur.

Əlbəttə, futbol ictimaiyyəti bu bəhanəyə inanmadı. Ümumi rəy bundan ibarət oldu ki, Şahin bəy AFFA-nın qorxusundan aparıcı futbolçuları «rosxod»a verir.

Aradan xeyli zaman keçsə də, Dinyev Hacıyevdən yenə əl çəkmir. Bu dəfə onun yerinə göz dikir.

2017-ci ilin noyabrında «Kəpəz»dən ayrılmaq məcburiyyətində qalan məşqçi 2 il sonra gözünü «Səbail»ə dikir. AFFA-dakı dostları vasitəsilə Bayıl klubunun sükanı arxasına keçməyə çalışır.

Onun çoxsaylı cəhdləri yalnız ötən ilin qışında nəticə verir. Buna qədər isə artıq Hacıyev «dənizçilər»lə vidalaşmışdı. Amma...

Diniyevin onadək AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov vasitəsilə oğlu Kərimi «Səbail»də yerləşdirməyə təşəbbüs göstərməsi də faktdır.

Hacıyevin heç bir kluba lazım olmayan müdafiəçini sərəncamında görmək istəməməsi ata Diniyevdə qıcıq yaradır.

Qəbələdəki son açıqlama bir daha təsdiqlədi ki, o, kinli tipajdır və şəxsi çıxarları xatirinə istənilən həmkarının əziyyətini yerə vurmağa hazırdır.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti