“Bakıda rahatıq, “vatsap” qrupu yaratmışıq, demək olar hər həftə...” - FOTO

10 Oktyabr 2023 20:40 Səbail 489
“Bakıda rahatıq, “vatsap” qrupu yaratmışıq, demək olar hər həftə...” - FOTO

“Bakıda özümüzü çox rahat hiss edirik

. Burada israilli futbolçuların sayının çox olması da əlavə rahatlıq verir”.

“Səbail”in müdafiəçisi Nir Bardea Sportinfo.az-a açıqlamasında Azərbaycandakı günlərindən bəhs edib.

Son iki mövsümdə Premyer Liqada İsraildən olan futbolçuların sayı artmaqdadır. Hazırda belələrinin sayı 7-dir – Nir Bardea, Yadin Luqasi, Gilad Abramov, Osama Xalayla, Kenni Sayef, Ataa Caber, Roy Keyhat.

27 yaşlı futbolçu ölkəmizdə yaşamaqdan məmnun olduğunu, israilli futbolçularla vaxtın xoş keçdiyini gizlətməyib:

“Hamımız qardaş kimiyik, ailələrimiz dostluq edir. Hətta “vatsap” qrupu da yaratmışıq ki, mütəmadi əlaqədə olaq, ən çox orada danışırıq.

Məsələn, “Sabah”la oyundan sonra həmin qrupa mübarizliyimə və qol ötürməsi verdiyimə görə təbriklərini yazdılar.

Demək olar hər həftə görüşürük, haradasa otururuq. Restorana getməyəndə belə, kiminsə evində yığışırıq.

Birimizin yaxşı günü olur, birimizin pis günü – hər an bir-birimizin yanındayıq, dəstəyik. Bir sözlə, Azərbaycandakı həyat ürəyimizcədir”.

Bardea karyerası ərzində ölkəsində “Hapoel Ramat Qan”, “Aşdod”, “Makkabi Bney Rayna” komandalarının şərəfini qoruyub, Macarıstan “Honved”ində legioner həyatı yaşayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti