İDDİA etdi, sonra DEDİ: “Eybi yox, belə hallar olur“

7 Oktyabr 2023 14:00 Səbail 384
İDDİA etdi, sonra DEDİ: “Eybi yox, belə hallar olur“

Mövsümə uğursuz başlayan “Səbail” son turlarda adından söz etdirməkdədir.

Ardıcıl 4 oyunluq qələbə seriyası yaxalayan “dənizçilər” sonuncu görüşdə 1 xalla kifayətləndi.

Bununla da məğlubiyyətsiz oyunlar seriyası 5-ə yüksəldi.

“Sabah”la qeydə alınan 2:2-lik bərabərlikdə Nir Bardea xüsusi pay sahibi oldu.

İsrailli mərkəz müdafiəçisi arxa xətdə xoş təsir bağışlamaqla yanaşı komandasına 1 xal qazandıran qolun ötürməsini verməklə yadda qaldı.

Bardea Sportinfo.az-a açıqlamasında oyunla bağlı fikirlərini bildirib:

“Rəqibin adından asılı olmayaraq hər matça 3 xal üçün çıxırıq. Bu dəfə də məqsədimiz qalib gəlmək idi.

Buna görə də 1 xal qazandığımızı yox, 2 xal itirdiyimizi düşünürəm. İlk hissədə oyunumuz istədiyimiz kimi getmirdi.

Fasilədən sonra nələrisə dəyişib üstünlüyü ələ aldıq. Nəticədə 2 qol vursaq da, qollardan biri hesaba alınmadı.

Təkrarda da görünür ki, həmin epizodda ofsayd yox idi. Eybi yox, futbolda belə hallar olur.

Növbəti rəqibimiz “Qəbələ”dir. Həmin görüşdə də qalib gəlməyə çalışıb yolumuza davam edəcəyik”.

“Səbail” 8 turdan sonra 14 xal toplamaqla 3-cü pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti