COP29

“Səbail”də MÜHÜM TOPLANTI – Bizi Elxan Məmmədova görə sıxırlar

2 Oktyabr 2023 19:00 Səbail 1 349
“Səbail”də MÜHÜM TOPLANTI – Bizi Elxan Məmmədova görə sıxırlar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) “Səbail”in idarəçiləri ilə görüş keçirilib.

Toplantıda klubun mövcud durumu, əsas komandanın Premyer Liqada çıxışı ətrafında geniş fikir mübadiləsi aparılıb.

Yığıncaqda cari nəticələrdən razılıq ifadə olunub. Bununla paralel bəzi problemlər müzakirə edilib. “Dənizçilər“in funksionerləri iddia eləyib ki, hakimlər onlara qarşı qərəzlidir.

Səbəb? Bildirilib ki, qərəzin arxasında Elxan Məmmədov amili dayanır.

Qeyd olunub ki, «fit sahibləri» AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibinin ASCO-nun və «Səbail»in rəhbərliyi ilə çox yaxın münasibətdə olmasından xəbərdardır, bu üzdən federasiyanın, həmçinin PFL-in yeni yönəticilərinin xoşuna gəlmək üçün komandaya antipatiya nümayiş etdirirlər.

Premyer Liqada 8 həftə arxada qalıb. 14 xal toplayan Bayıl təmsilçisi turnir cədvəlinin 3-cü pilləsində yer alıb.

İdarəçilər son görüşdə onu da iddia edib ki, guya hakimlərin qərəzli münasbətt komandanın daha çox xal toplamasına mane olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti