
«Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev «Səbatl»in futbolçularına jest edib.
Klubun Müşahidə Şurasının sədri Premyer Liqanın 5-ci turunda «Qarabağ»a 2:1 hesabıyla qalib gələn komandanın üzvlərinin mükafatını artırıb.
«Dənizçilər» son çempion üzərində qələbəyə görə 3000 manat deyil, 5000 manat əldə edib.
Bayılda keçirilən qarşılaşma «Səbail» üçün yaxşı başlamayıb. Hamidu Keyta 3-cü dəqiqədə qonaqları hesabda önə çıxarıb.
Aleksandr Ramalinqom 17 (pen) və 42-ci dəqiqələrdə vurduğu qollarla oyunun gedişatını ev sahiblərinin lehinə dəyişdirib. -
SPORTİNFO.AZ