COP29

“Səbail”in himayədarı futbolçulara ÇOXLU PUL vəd etdi!

15 Sentyabr 2023 19:40 Səbail 900
“Səbail”in himayədarı futbolçulara ÇOXLU PUL vəd etdi!

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin və “Səbail”in Müşahidə Şurasının sədri Rauf Vəliyev həvəsə gəlib.

Komandanın Premyer Liqanın son 3 turunda 7 xal toplaması onu ruhlandırıb. ASCO-nun şefi klubun rəhbər heyəti, məşqçiləri və futbolçuları ilə görüşdə hər kəsi müjdələyib.

R.Vəliyev bundan belə mükafat fondunun daha da artırılacağını vəd edib.

O, mövsümə ilk 5 pillədən birini tutmaq hədəfiylə başladıqlarını xatırladıb, eyni zamanda bildirib ki, «Qarabağ» üzərində 2:1 hesablı qələbə gələcəyə inamını artırıb.

Sədr iddia edib ki, yayda yenilənən heyət daha ciddi iddialar uğrunda mübarizə aparmağa qadirdir.

Rəhbər avrokuboklara vəsiqə naminə yarışmağın vacibliyini vurğulayıb: «Biz hamıyla başabaş oynaya və qalib gələ bilərik».

Deyib ki, komanda qələbələrin ardını gətirsə, əvvəlki oyunlarla müqayisədə xeyli yüksək mükafat verəcək.

«Səbail»in futbolçuları geridə qalan 5 turda 7 xal toplayıb və üst-üstə 6000 manat qazanıb. «Neftçi» ilə səfər heç-heçəsi (1:1) «dənizçilər»i 1000 manat irəli salıb.

Tovuzda «Turan» üzərində 3:1 hesablı qələbəyə 2000 manat alıblar. «Qarabağ»la qarşılaşma onlara 3000 manat bəxş edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti