COP29

“Azərbaycan klubu mənə rəsmi təklif göndərmədi”

8 Sentyabr 2023 21:20 Səbail 1 591
“Azərbaycan klubu mənə rəsmi təklif göndərmədi”

“Ötən illərdə Azərbaycan klublarının birindən təklif alsam da, buna isti yanaşmamışam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in hücumçusu Aleksandr Ramalinqom deyib.

Fransa pasportu daşıyan maqadaskarlı forvard əvvəllər Premyer Liqamızda çıxış etmək şansını niyə dəyərləndirmədiyinə bu cür aydınlıq gətirib:

“Tanıdığım agent adı yadımda qalmayan Azərbaycan klublarından birinin xidmətimdə maraqlı olduğunu demişdi.

Əslində, alına bilərdi. Sadəcə, həmin klub rəsmi təklif göndərməmişdi.

Yeri gəlmişkən, mənim haqqımda məlumatları həmin agentə Faysal vermişdi. Rəsmiyyət olmadığı üçün alınmamışdı”.

"Sənizçilər" son mövsümü "Sedan"da (Fransa) keçirmiş Ramalinqomla 1 illik müqavilə imzalayıb.

Madaqaskar millisinin üzvü karyerası ərzində "Marinyan", "Balajn", "Ayaçço", "Marinyan Cinyak", "Bezye" (hamısı Fransa) "Virton" (Belçika) klublarının uğurları üçün çalışıb. 30 yaşlı qolçu yığmada 8 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti