COP29

Sensasiya etdilər, birinci şəxs tapşırdı – Hərəsinə bu qədər pul verin!

6 Sentyabr 2023 14:40 Səbail 2 610
Sensasiya etdilər, birinci şəxs tapşırdı – Hərəsinə bu qədər pul verin!

«Səbail» Premyer Liqada 5-ci turun ən gözlənilməz nəticəsinə imza atdı.

Bayıl təmsilçisi doğma divarlar arxasında «Qarabağ»ı 2:1 hesablı məğlubiyyətə uğratdı.

«Köhlən atlılar»ın hesabı erkən açmasına baxmayaraq, «dənizçilər» Aleksandr Ramalinqomun dublu sayəsində 3 xal arzusuna çatdı.

Beləcə, xallarının sayını 7-yə çatdıran «Səbail» turnir cədvəlində 6-cı pilləyə yüksəldi.

Klubu idarə edən «Xəzər Dəniz Gəmiçiliyi»nin İdarə Heyətinin sədri Rauf Vəliyev bu nəticəyə biganə qalmayıb. O, komanda üzvlərinin hər birinə 3000 manat mükafat ödənilməsi ilə bağlı bağlı tapşırıq verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti