COP29

Diniyevin ikinci qurbanı

4 Sentyabr 2023 20:40 Səbail 786
Diniyevin ikinci qurbanı

«Qarabağ» bir xeyli aradan sonra Bayıldan məğlub ayrıldı.

O tarixdən hardasa 2 ildən çox vaxt keçər.

Onda «Səbail»in sözün bütün mənalarında bəxti gətirmişdi. Dünən isə «Səbail»in, sadəcə, bəxti gətirmədi.

Düzdür, 2:1 qazandılar, ancaq oyunun başdan-ayağa izləyən biri kimi ev sahiblərinin böyükhesablı qələbəyə layiq olduğunu söyləməliyəm.

«Səbail» demək olar bütün komponentlərdə güclü rəqibini üstələdi. Adətən, erkən qol buraxan komandalar psixoloji baryerə ilişir, travama alır.

Şahin Diniyevin işi nəhayət göründü - «Səbail» stressə əsir düşmədi, hesabı tez bərabərləşdirdi, fasiləyədək daha bir dəfə fərqləndi.

İkinci hissədə isə təhlükəli epizodları bir-brinin ardınca muncuğa düzdülər, istək və əzmləri çox xoşuma gəldi.

«Səbail» aram-aram dəyişir və ciddiləşir. Tovuzda da bu cür oynamış və qazanmışdılar. Deyəsən, tədricən Diniyevin istədiyi səviyyəni yaxalayırlar.

Dəyib-dolaşan olmasa, ilk «beşliy»ə kimi yüksələ bilərlər. Təbii ki, qələbə qələbə arxasınca gəlincə, özünəinam da artır, iştah da.

Keçənilki «Sabah»ın ifasında izlədiyimiz nizamlı və mübariz oyun tərzini bu gün «Səbail» nümayiş etdirməkdədir.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti