COP29

Bu komandada oyundan əvvəl futbolçuların arasında olan söhbət üzə çıxdı

30 Avqust 2023 23:00 Səbail 1 174
Bu komandada oyundan əvvəl futbolçuların arasında olan söhbət üzə çıxdı

“Kollektiv olaraq döyüşdük, meydanda can qoyduq və lazım olan 3 xalı qazandıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz” – “Səbail” qarşılaşmasında qonaqların ilk qolunu vuran Aleksandr Ramallinqom deyib.

30 yaşlı fransalı hücumçu 5-ci dəqiqədə adını tabloya yazdırmaqla yanaşı meydanda ən yaxşılardan idi. Aleksandr sanki ölüm-dirim savaşına çıxmışmış kimi mübarizə aparır, qələbə üçün əlindən gələni edirdi.

Sən demə, matçdan əvvəl futbolçuların öz aralarında söhbəti olub və sözü bir yerə qoyublar:

“3 oyundan sonra qələbəmiz yox idi. Bu cür davam edə bilməzdik. Çünki, yaxşı futbolçulardan qurulmuş kollektivimiz var.

Oyundan əvvəl öz aramızda söhbət etmişdik və sözümüzü bir yerə qoymuşduq ki, Bakıya qələbə ilə qayıtmaq üçün lazım olan hər şeyi etməliyik. Uduzmaq haqqımız yox idi.

Qələbəni gözəl oyunla əldə etdik. Məni ən çox sevindirən budur.

Məşqlərdə çəkdiyimiz zəhmətin bəhrəsini gördük. Xal ehtiyatımızı artırdıq. İndi isə bu xətti tutub davam etməliyik”.

“Səbail” 4 turdan sonra topladığı 4 xalla “Sabah”, “Araz-Naxçıvan” və “Kəpəz”lə birlikdə 6-9-cu pillələri bölüşür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti