
Ötən mövsümü "Səbail"də keçirmiş Qoba Zakpa karyerasını Şimali Makedoniyada davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu "Qostivar"la anlaşıb.
"Səbail"in komandada saxlamaq istəmədiyi qalmaqallı hücumçu şimali makedoniyalılarla bir illik müqaviləyə qol çəkib.
"Qostivar"ın məşqçilər korpusunda "Qarabağ"ın keçmiş futbolçusu Muarrem Muarrem də yer alıb.
Ötən mövsüm komandanın yüksək liqaya vəsiqə qazanmasında futbolçu kimi kömək edən şimali makedoniyalı bu yay adıçəkilən klubda məşqçi kimi işləməyə başlayıb.