
"Səbail"in 2 ay öncə yollarını ayırdığı Franko Mazurek özünə yeni komanda tapıb.
"Dənizçilər"ə lazım olmayan argentinalı yarımmüdafiəçi karyerasını İsraildə davam etdirəcək.
29 yaşlı vinger "İroni Tiberias" ilə müqavilə bağlayıb. Cənubi amerikalı I Liqa təmsilçisi ilə 1 il müddətinə anlaşıb.
2022-ci ilin yayında Azərbaycana gəlmiş Mazurek daha öncə Kiprdə "Etnikos"un formasını geyinib. Ölkəsində "Boka Xuniors", "Oll Boyz", Bolqarıstanda "Levski"nin (Sofiya) şərəfini qoruyub.
SPORTİNFO.AZ