COP29

İlkin Fikrətoğlu "Sabah"ın adını çəkdi: "Çox təəssüf…" - VİDEO

22 Avqust 2023 17:40 Səbail 602
İlkin Fikrətoğlu "Sabah"ın adını çəkdi: "Çox təəssüf…" - VİDEO

“Avrokuboklarda 3-cü təsnifat mərhələsinə yekun vuruldu.

Bu mərhələdə Azərbaycanın daha 2 təmsilçisi mübarizəni dayandırdı və Avropada yeganə təmsilçimiz “Qarabağ” qaldı.

Konfrans Liqasındakı təmsilçilərimizdən “Sabah”ın çıxışını başa vurması daha çox təəssüf doğurdu”.

Bu fikirlər “Sportinfo TV”nin şef-redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Tanınmış telejurnalist Murad Musayevin çalışdırdığı kollektivin çıxışını başa vurmasına üzüldüyünü bildirib:

“Çünki ilk oyunda adlı-sanlı “Partizan” üzərində qazanılan qələbə “Sabah”ın növbəti mərhələyə yüksələcəyinə ümidi artırmışdı.

Amma Belqradda tam fərqli oyun oldu. Görünür, ilk oyunda həm “Partizan” “Sabah”ı lazımınca qiymətləndirməmiş, həm də öyrəşmədikləri ağır hava şəraiti serblərin Masazırda istədiklərii kimi oynamasına imkan verməmişdi.

Cavab matçında isə onlar arıq “Sabah”ı ciddi rəqib kimi qəbul etmiş, baş məşqçi İqor Duyay rəqibi yaxşıca təhlil etmişdi”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti