COP29

Azərbaycan klubunun çörəyini yedi, sonra da "təpik atdı" - FOTO

21 Avqust 2023 14:20 Səbail 992
Azərbaycan klubunun çörəyini yedi, sonra da "təpik atdı" - FOTO

"Sabah"dan qalmaqallı şəkildə ayrılaraq Səudiyyə Ərəbistanınan yollanan Coy-Lens Mikels yeni komandası ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, almaniyalı "Əl-Faysalı"daki məqsədlərindən, gözləntilərindən yazıb.

Mikels paylaşımında sabiq komandası olan "Sabah"a yer verməyib, Masazır klubu ilə bağlı heç nə yazmayıb:

"Yeni evim. Bu heyrətamiz kluba qoşulmaqdan və bir neçə gündən sonra debüt edəcəyim üçün çox xoşbəxtəm.

Hiss edirəm ki, bu mövsüm birlikdə böyük nailiyyətlər əldə edə bilərik.

Mənə və ailəmə güvənən "Əl-Faysali" klubunun idarə heyətinə və mənə kömək edən insanlara, sövdələşməni mümkün edən insanlara, agentliyə xüsusi təşəkkürlər".

2021-ci ildən Masazır klubunda forma geyinmiş almaniyalı forvard 1-ci Liqa təmsilçisi ilə 2 illik müqaviləyə qol çəkib.

Digər Xəbərlər
Xəbər Lenti