COP29

Diniyev "Səbail"i Avropaya çıxarır, yoxsa özü üçün "azuqə" toplayır?

20 Avqust 2023 12:20 Səbail 1 344
Diniyev "Səbail"i Avropaya çıxarır, yoxsa özü üçün "azuqə" toplayır?

Guya bu mövsüm fərqli olacaqlarmış.

Guya bu mövsüm iddialı olacaqlarmış.

Guya bu mövsüm avrokuboklara «əlcək atacaqlarmış».

«Səbail»miş bu…

Sezonun açılışından 3 həftə keçib. 9 mümkün xaldan vur-tut 1 xal toplaya biliblər.

«Bayılda yerləşən stadion rəqiblərə «qəbir» olacaqmış» deyirdilər, «Sumqayıt»dan sonra «Zirə» də bu böyük qəsəbədən qələbəylə ayrıldı.

Şahin Diniyevin burada nə üçün çalışdığını qoy deyim, siz də bilin. O, çox yaxşı anlayır ki, «Səbail» son iş yeridir.

Ağılı başında klub rəhbəri indən belə onunla yola çıxmaz, etibar etməz.

Diniyev hara gedib, harada olubsa, ona verilən şansdan düzgün istifadə etməyib. Özünü və bu imkanı şəxsinə yaradanları «yandırıb».

Diniyev «Səbail»də gələcəyi üçün «azuqə» toplayır. «Mən bir də belə qazanclı iş yerini haradan tapacam…» yanaşması sərgiləyir.

Nədən hiss etmək olar bunu? Gələn futbolçular gedənlərə rəhmət oxutdurur.

Bildiyimizə görə, «Səbail»in sponsorları kluba babat büdcə ayırıb. Baş məşqçiyə «istədiyin transferləri edə bilərsən» söyləyiblər. Nə işinə qarışıblar, nə də «filankəsi götür komandaya» tapşırığı veriblər.

Külli ixtiyar sahibi olan Şahin Diniyevin də necə transfer əməliyyatları həyata keçirməsi ortadadır.

Komandanın oyunu yoxdur, əvəzində fərdi səhvlər çoxdur.

Texniki zonadan məşqçi müdaxiləsi yoxdur, əvəzində bütün xətlərdə problem çoxdur. Yuxarıdan basqı yoxdur, əvəzində aşağıdakıların da meydanda çıxmadığı «oyun» yoxdur.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti