COP29

"Səbail" gec çıxdı, məşqçiyə 3 ay vaxt verildi, Mutu "A"dan istifadə etmədi - CƏRİMƏLƏR

17 Avqust 2023 12:40 Səbail 1 128
"Səbail" gec çıxdı, məşqçiyə 3 ay vaxt verildi, Mutu "A"dan istifadə etmədi - CƏRİMƏLƏR

AFFA İntizam Komitəsi "Səbail"i 1500 manat cərimələyib.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna "dənizçilər"in Premyer Liqanın II turunda "Neftçi" ilə matçın (1:1) ikinci hissəsinə gec çıxması səbəb olub.

Komanda həmin görüşdə 5 oyunçusu sarı vərəqə ilə cərimələndiyi üçün 700 manat ödəyəcək.

Məşqçi Elmir Xankişiyev də "Səbail"i ziyana salıb. Mütəxəssis qarşılaşma vaxtı meydana kənar əşya atdığına görə ikisi şərti olmaqla dörd matçlıq cəzalanıb.

Kluba isə 3500 manat cərimə kəsilib. Sınaq müddəti 3 ay təyin olunub.

"Neftçi"nin baş məşqçisi Adrian Mutu isə “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə "ağ-qaralar” 500 manat ödəməli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti