COP29

“Real”ın sabiq ulduzu Azərbaycan klubunun geyimində rəqs etdi – MARAQLI VİDEO+FOTO

14 Avqust 2023 08:20 Səbail 2 146
“Real”ın sabiq ulduzu Azərbaycan klubunun geyimində rəqs etdi – MARAQLI VİDEO+FOTO

“Çelsi”, “Real” və “Milan” kimi Avropa nəhənglərində çıxış etmiş Maykl Essyen “Səbail”i unuda bilmir.

Sportinfo.az xəbər verir ki, qanalı veteran futbolçu instaqram səhifəsində Bakıdakı günləri ilə bağlı maraqlı video paylaşıb.

O, paytaxtımızda qaldığı oteldə “dənizçilər”in formasını geyinərək rəqs etdiyi videonu sosial şəbəkə hesabında yayımlayıb.

O videonun üzərində “Cüməniz mübarək, xalqım. Bu sevgi hələ də davam edir. “Səbail” günləri” yazıb.

Maykl Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək “Səbail”in heyətində çıxış edib. Rahid Əmirquliyev 2018-ci ildən Bakı təmsilçisinin uğurları üçün çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti