COP29

Şahin Diniyev Samir Abasovun uğuruna necə kölgə saldı?

11 Avqust 2023 11:20 Səbail 2 792
Şahin Diniyev Samir Abasovun uğuruna necə kölgə saldı?

"Sumqayıt" mövsümə fırtına kimi başladı.

"Səbail"in qonağı olan "kimyaçılar" rəqibinə heç bir şans tanımadı - 4:1.

Samir Abasovun yetirmələri meydana ayaq basan kimi üstünlüyü ələ almağı bacardı.

Komandanın gec yığılması, tam komplektləşməməsi, səfərdə oynaması, süni meydan olması və.s problemlər də buna mane olmadı.

Hələ 13 yeni futbolçu ilə güclənən, iddiaları artan rəqibdən danışmıram.

Abasovun qısa müddətdə, bir çox problemlər içində yaxşı komanda formalaşdırması hamımızın diqqətini çəkdi.

Əbəs deyil ki, hər kəs onun yetirmələri haqqında xoş sözlər dedi. Layiqli qələbəsindən danışdı.

Bircə rəqib baş məşqçi Şahin Diniyevdən başqa.

Normalda belə oyundan, belə nəticədən sonra məğlub tərəf rəqib həmkarını təbrik edər.

Lakin əcrübəli mütəxəssis yaradılan yaxşı şəraitin qarşılığında startdaca aldığı darmadağına "don" geyindirməyə çalışdı.

Məsələn: "Hesab oyuna görə deyildi" - deməklə.

Diniyev bununla həm də Samir Abasovun gördüyü işə, onun komandasının parlaq nəticəsinə kölgə salmış oldu.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti