
"Səbail" Niderland "Telstar"ından futbolçu transfer edib.
Sportinfo.az xəbər verir ki, "dənizçilər" 26 yaşlı yarımmüdafiəçi Anass Nacahı heyətinə qatıb.
Niderlandlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Anass Nacah ölkəsinin "Valveyk" və Kiprin "Akritas" klublarında da çıxış edib.