COP29

Harada qalmışdı(q) - Pul qazanmaqda, yoxsa..?

6 Avqust 2023 19:00 Səbail 942
Harada qalmışdı(q) - Pul qazanmaqda, yoxsa..?

“Səbail” yeni mövsümə ilk həftələrə xarakterik olmayan darmadağınla start verdi.

Şahin Diniyevin iki ayın içində söküb qurduğu heyət “Sumqayıt” tərəfindən darmadağın olundu.

Qonaqlar 5 qol vurdu, biri sayılmadı, 90 dəqiqə 4:1 bitdi.

Diniyev starttdakı biabırçı yenilginin məsuliyyətini öz üzərinə götürüb, “cavabdeh mənəm” deyib. Başqa guya nə deyəcəkdi ki?

Döyüşü əsgər uduzmur, komandir uduzur. Belə uduzmaqlara isə o, çoxdan öyrəncəlidir.

Mahmud Qurbanovun ayağının altını qazanaraq ötən ilin dekabrında işə başlayan Diniyev “Səbail”də aldığı məğlubiyyətlərin sayını, yəqin ki, artıq özü də itirib.

Burada hər şey qaldığı yerdən davam edir.

Bugünlərdə belə bir xəbər rastıma çıxdı ki, bəs klubun futbol idarəçiliyindən bixəbər rəhbərliyi yeni layihəyə start verib.

Elan olunub ki, 2023/2024 mövsümündə keçiriləcək hər ev oyunu mədəniyyət və incəsənətlə bağlı əlamətdar günlərə, həmçinin, beynəlxalq səviyyədə qeyd olunan müəyyən tədbirlərə həsr olunacaq.

Məsələn, dünən “ASCO Arena”da “Sumqayıt”la keçirilən qarşılaşma Azərbaycan Kinosu Gününə həsr olundu.

Day xəbərləri yoxdur ki, real kinonu Şahin Diniyev çəkir. Onun “bəh-bəh”lə qurduğu yeni komandanın meydanda necə “film” çəkdiyini gördüz də.

Adil Nağıyev həmişəki kimi yenə baş “rol”da idi.

Bu yay alınan legionerlər üçünsə hələ “apar, tulla” demirəm.

4-5 da tur keçsin, dəqiq diaqnoz qoyacam ki, Şahin Diniyev bu əcnəbiləri həqiqətən “Səbail”i gücləndirmək, avrokuboklara vəsiqə qazandırmaq üçün aldırıb, ya öz mənfəəti naminə.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti