FOTO - Azərbaycan klubu ilə anlaşdı, xanımına təşəkkür etdi

5 Avqust 2023 09:20 Səbail 1 346
FOTO - Azərbaycan klubu ilə anlaşdı, xanımına təşəkkür etdi

"Səbail"in bu yay heyətinə qatdığı legionerlərdən biri də Adi Mehremiç oldu.

Sportinfo.az xəbər verir ki, ötən mövsümü Türkiyə Superliqasında yarışan “İstanbulspor”da keçirən bosniyalı müdafiəçi Bayıl klubuna keçidi haqda sosial şəbəkədə paylaşım edib.

O, bunları yazıb:

"Səbail"in bir parçası olduğum üçün şadam. Yeni macəranın reallaşmasında kömək olan üçün həyat yoldaşım, ailəm və agentlərimə təşəkkür edirəm".

31 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb. Adi “Velej Mostar”, “Senitsa”, “Senkt-Pölten”, “Jelezniçar”, “Karpatı”, “Aveş”, “Visla”(Krakov), “Makkabi Petah-Tikva” klublarında da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti