
2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Səbail" heyətinə daha bir legioner qatıb.
Növbəti ad Adi Mehremiçdir.
Bosniya və herseqovinalı Bayıl klubunun transfer etdiyi altıncı əcnəbidir. Son mövsümü Türkiyə Superliqası təmsilçisi "İstanbulspor”da keçirmiş müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
Balkanlı arxa xətt oyunçusunun Azərbaycanda nə qədər pul qazanacağı da məlumdur. ”Dənizçilər” ona hər ay 12 min dollar əməkhaqqı ödəyəcək.
"Səbail" buna qədər Yusif Nəbiyev ("Kəpəz"), Süleyman Əhmədov ("Sumqayıt"), Rüfət Abdullazadə ("Sumqayıt"), Səlahət Ağayev ("Qəbələ"), Coşqun Diniyev ("Zirə"), Bahadur Həziyev ("Şamaxı"), Amil Yunanov ("Şamaxı"), Nir Bardea ("Bney Raina", İsrail), Yadin Luqasi ("Kiryat Şimona", İsrail), Pedro Nuno ("Adanaspor", Türkiyə), Valdemar Almeyda-Pana ("Academico de Viseu", Portuqaliya), Aleksandr Ramalinqomla ("Sedan", Fransa) da anlaşmışdı.
SPORTİNFO.AZ