"Sözümün üstündə dururam"

25 İyul 2023 04:00 Səbail 965
"Sözümün üstündə dururam"

"Səbail”in baş məşqçisi Şahin Diniyev komandanın hazırlığından danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis qaynarinfo-ya açıqlamasında qarşıdakı hədəflər, yeni transferlərlə bağlı fikirlərini bölüşüb.

Diniyev növbəti mövsümdə daha yaxşı komanda ortaya çıxaracaqları ilə bağlı verdiyi sözün üstündə durduğunu deyib:

"Sözümün üstündə dururam. Əlbəttə, ötən mövsümdəki durumu yaşamamaq üçün daha yaxşı "Səbail” quracağıq. Bu yolda da normal şəkildə işlərimiz davam edir”.

Məşqçi transfer planlarından da danışıb:

"4 transfer oldu. İkisi İsraildən yarımmüdafiəçi, ikisi də portuqaliyadandır. Onlardan biri pleymeykerdir. Hazırda transfer axtarışlarımız davam edir. Yerli transferləri bitirmişik. Daha iki mövqeyə legioner axtarışındayıq”.

Diniyev son zamanlar İsrail bazarına xüsusi diqqət yetirilməsinin səbəblərini də deyib:

"İki səbəb var. Birincisi qiymətlərin uyğun olmasıdır. İkincisi də, məsələn, ölkəyə gələn futbolçulardan Ataa Caber, Kenni Sayef özlərini yaxşı tərəfdən göstərdi.

Bu da israilli futbolçuların qapısını açır. Təkcə İsrail deyil, bütün futbolçuları izləyirik və görürük ki, israillilər həm maddi, həm də keyfiyyət baxımından daha çox fayda verə bilərlər, nəinki başqa ölkələrin futbolçuları”.

Digər Xəbərlər
Xəbər Lenti