
«Səbail»in baş məşqçisi Şahin Diniyev yeni «qalmaqal ocağı» yaradıb.
Komanda hazırda Türkiyədə - Ərzurumda təlim-məşq toplanışı keçir. Və gərginlik də burada əmələ gəlib.
Belə ki, çalışdırıcı hazırlıq prosesinin sonunu gözləmədən futbolçular arasında ayrı-seçkilik etməyə başlayıb. Yeni gətirdiyi legionerləri əsas heyətdə oynatmaq üçün.
Diniyev ötən ilin sonunda müqavilə müddətini yeniləyən Ağabala Ramazanovu «qaralayıb».
O, Mahmud Qurbanovun köməkçisi olmuş Zaur Ramazanovun kiçik qardaşına «mən ilk «onbirlik»də bu hücumçuları oynadacam, ehtiyatda qalsan, narazılıq etmə» söyləyib.
Əlbəttə, baş məşqçinin sözləri forvarda toxunub. Ağabala ona «nə bilirsən ki, mən onlardan zəif oynayacam» sualı verib və özünü əsas heyətdə gördüyünü gizlətməyib.
SPORTİNFO.AZ