
«Səbail»in builki hədəfi müəyyənləşib.
Ötən mövsüm Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən yalnız son anda gələn Bayıl klubu növbəti «futbol ili»ndə avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.
«Dənizçilər»in himayədarı, «Xəzər Dəniz Gəmiçiliyi»nin İdarə Heyətinin sədri Rauf Vəliyev məşqçilər korpusunun qarşısma konkret tapşırıq qoyub - ilk «beşliy»ə düşmək.
Baş məşqçi Şahin Diniyev patronun tələbiylə razılaşıb və «baş üstə» deyib.
Rauf Vəliyev ötən ilin yayında – Mahmud Qurbanovun təyinatından az sonra keçirilən klubdaxili toplantıda eyni arzusunu dilə gətirmişdi.
Demişdi ki, hər xür şərait yaratdığı kollektivdən avrokuboklara vəsiqə gözləyir. Sonra nə oldu?
«Səbail» Premyer Liqaya uğursuz start verdi, Qurbanov dekabrda istefaya göndərildi. Çox keçmədən Şahin Diniyev görəvə gətirildi, büdcə bir qədər də artırıldı, «qara zolaq»dan çıxmaq mümkün olmadı.
Ölkə kuboku ilə yarımfinal mərhələsində vidalaşan qəsəbə təmsilçisi yalnız son həftədə «Şamaxı»ya 1:0 hesabıyla qalib gələrək, çempionatda yerini qorudu.
Bu il də eyni ssenari təkrarlanmayacaq ki? Nə qalıb, onu da gözləyək, görək nə olur.
Hər halda «cücəni payızda sayarlar» deyiblər.
SPORTİNFO.AZ