Şahin Diniyev daha bir qohumunu öz yanına gətirdi – Bəlkə “Səbail”in adı dəyişdirilsin?

18 İyul 2023 14:00 Səbail 3 041
Şahin Diniyev daha bir qohumunu öz yanına gətirdi – Bəlkə “Səbail”in adı dəyişdirilsin?

Şahin Diniyev “Səbail”ə daha bir yerli futbolçu götürüb.

O, qarşılıqlı razılıq əsasında “Qəbələ” ilə müqaviəsini pozan Gülağa Əsədovu Bayıl təmsilçisinə götürüb.

“Dənizçilər” azad agent statusu daşıyan yarımmüdafiəçi ilə 2 illik (1+1) müqavilə imzalayıb.

20 yaşlı gənci bura gətirməsinə səbəb onun Arif Əsədovun oğlu olmasıdır. Yaxın qohumluq münasibətləri bu keçiddə əsas rol oynayıb.

Yoxsa Gülağa “Qəbələ”də nə vaxt oynadı və özünü göstərdi ki, Diniyevin də gözünə batsın? Mövsümboyu ya zədələrdən müalicə olunub, ya da kənarda əyləşib.

Bəli, Şahin Diniyev “Səbail”i “ailə korperativ”inə çevirmək yolunda növbəti addım atıb. O, bura ancaq öz dost-tanışlarını və qohum-əqrabasını yığmaqla məşğuldur.

Gülağa Əsadovun böyük qardaşı Fuad Əsəov ötən ilin dekabrından “Səbail”də çalışır, qapıçılar üzrə məşqçidir.

Diniyevin böyük oğlu Kərim Diniyev də Bayıldadır, atasının köməkçisidir.

Baş məşqçi digər oğlu Coşqunu da uyunda “dənizçi” eləmişdi, sadəcə, tez da buradan Türkiyəyə - “Ümraniyyəspor”a getməli oldu.

Şahin bəy vaxtilə “Qarabağ”dan münasibət qurduğu və dostluq etdiyi Elmir Xankişiyevi də öz yanına gətirib.

Bir az da belə getsə, yəqin ki, Rauf Vəliyev - “Səbail”in adını dəyişmək barədə ciddi-ciddi düşünməli olacaq.

Birinci şəxs klubun adını “Diniyevlər ailəsi”nə çevirsə, təəccüblənmərik. Hər halda buna bir şey qalmayıb. Şahin Diniyev “Səbail”i asta-asta özünküləşdirməkdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti