İspaniyadan qayıdan yarımmüdafiəçini baxışa çağırdılar

15 İyul 2023 03:50 Səbail 1 494
İspaniyadan qayıdan yarımmüdafiəçini baxışa çağırdılar

Yeni mövsümə hazırlaşan "Səbail"də baxışda olan futbolçular da var.

Sportinfo.az xəbər verir ki, Bayıl klubu düşərgəyə ötən mövsümü İspaniya aşağı liqasında keçirən Nazim Məmmədzadəni dəvət edib.

Yarımmüdafiəçi "Kəpəz"ə (2:1) qarşı keçirilmiş yoldaşlıq görüşündə də meydana çıxıb.

“Moralo”ya məxsus olsa da, qış fasiləsindən sonra “Marino Luanko”da icarə əsasında oynamış Məmmədzadənin “Səbail”də qalıb-qalmayacağı dəqiq deyil.

Şahin Diniyev yaxın günlərdə onunla bağlı yekun qərarını verəcək. “Neftçi”nin yetirməsi olan Nazim “Renova”da da oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti