Madaqaskar millisinin hücumçusu Azərbaycana gəldi

12 İyul 2023 23:20 Səbail 1 170
Madaqaskar millisinin hücumçusu Azərbaycana gəldi

Transfer çalışmalarını davam etdirən "Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, "dənizçilər" son mövsümü Fransanın "Sedan" komandasında keçirmiş hücumçu Aleksandr Ramalinqomla 1 illik müqavilə imzalayıb.

Madaqaskar millisinin üzvü karyerası ərzində "Marinyan", "Balajn", "Ayaçço", "Marinyan Cinyak", "Bezye" (hamısı Fransa) "Virton" (Belçika) klublarının uğurları üçün çalışıb. 30 yaşlı futbolçu yığmada 8 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti