“Bu, hər komandanın başına gələ bilər, uğursuzluğu yaddan çıxaracağıq”

9 İyul 2023 21:40 Səbail 838
“Bu, hər komandanın başına gələ bilər, uğursuzluğu yaddan çıxaracağıq”

"Arxada qalan il "Səbail" üçün uğurlu keçmədi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in yeni transferi Süleyman Əhmədov deyib.

“Sumqayıt”dan gələn müdafiəci yeni mövsümlə bağlı düşüncələrini bizimlə bölüşüb. “Dənizçilər”lə 1 illik müqavilə bağlamış 23 yaşlı arxa xətt oyunçusu söyləyib:

“Uğursuzluq hər bir komandanın başına gələ biləcək haldır. İnşallah, əlimizdən gələn qədər çalışıb, yeni mövsüm uğurlu olmaqla, uğursuzluğu yaddan çıxaracağıq.

Mən buna çox inanıram. Bu dəfə iddialı və yüksək hədəflər uğrunda mübarizə aparan “Səbail” görəcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti