Azərbaycan klubunda GÖZLƏNİLMƏZ TƏYİNAT – Gedəni qaytardılar, kiçik vəzifə verdilər

7 İyul 2023 19:00 Səbail 1 352
Azərbaycan klubunda GÖZLƏNİLMƏZ TƏYİNAT – Gedəni qaytardılar, kiçik vəzifə verdilər

“Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) rəhbərliyi gözlənilməz qərar qəbul edib.

“Səbail”in baş sponsoru olan ASCO bir müddət öncə icraçı direktor vəzifəsindən istefa verən Fərəc Əliyevi klubda saxlayıb.

2016-cı ildən AFFA-nın göstərişi ilə Bayıl təmsilçisində işə götürülən “Farik” ləqəbli funksioner yeni icraçı direktor Firuz Abdullanın köməkçisi təyin edilib.

Buna qədər Əliyevin yardımçısı olmuş Zamiq Əliyev isə başqa vəzifəyə keçirilib.

F.Əliyevin son təyinatı şok effekt doğurub. Hamı gözləyirdi ki, onunla bağlı başqa tədbir görüləcək.

Hətta məsuliyyətə cəlb olunacağını iddia edənlər də az deyildi. Çünki ASCO tərəfindən göndərilən audit komissiyasının klubda bir sıra əyər-əskiklər üzə çıxarması haqda mətbuatda informasiyalar yayılmışdı.

Bildirilirdi ki, sponsorun ayırdığı vəsait istiqaməti üzrə xərclənməyib. Bu məlumatlarla yanaşı, “Farik”in istefa qərtarından sonra icraçı direktor vəzifəsinin müvəqqəti icrasından da uzaqlaşdırılması məlumdur.

Və birdən-birə 180 dərəcə fərqli qərarın alınması...

Görünür, AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun “sehrli çubuğu” yenə öz sözünü deyib.

Axı hazırda FİFA-nın Paris ofisində çalışan bu zatın ASCO-nun babilənləri ilə münasibətləri çox yaxındır. Deyilənə görə, aralarından heç su da keçmir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti