Paytaxt klubu "nəm-nüm" etdi, bölgə təmsilçisi bu transferdən VAZ KEÇDİ

6 İyul 2023 19:40 Səbail 1 530
Paytaxt klubu "nəm-nüm" etdi, bölgə təmsilçisi bu transferdən VAZ KEÇDİ

"Səbail”dən ayrılmağa hazırlaşan növbəti futbolçu Elmir Tağıyevdir.

23 yaşlı futbolçunun yeni adresi olmağa ən real namizəd də vardı - "Turan Tovuz".

Amma bölgə klubu yarımmüdafiəçinin keçidindən imtina edib.

Buna səbəb paytax klubunun Tağıyevlə bağlı yekun qərar verə bilməməsi olub.

Bayıl təmsilçisi onun gedişinə gah razı olur, gah da qalmasını istəyir.

Qeyri-müəyyənlik uzun sürüncə Tovuz təmsilçisi 23 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlarından imtina edib.

"Turan"ın yetirməsi olan Tağıyev başa çatan mövsüm “Səbail” formasında keçirdiyi 33 matçda 1 qol və 2 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti