“Səbail” heyətinə yeni legioner qatıb.
Bayıl təmsilçisi saytımızın iyulun 2-də yaydığı xəbəri təsdiqləyib və Valdemar Almeydanın “Pana”nın transferini açıqlayıb.
Anqoladan olan 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Onun son klubu Portuqaliyada birinci liqa təmsilıçisi "Akademik De Viseu" olub.
Daha əvvəl "Leixoes", "Chaves" və "Maritimo"da forma geyinib.
Arxada qalan mövsüm bu komanda ilə 28 oyunda meydana çıxıb. Ümumilikdə karyerası ərzində 255 görüşdə 15 qol, 8 asist etməyi bacarıb.
“Səbail” afrikalıya ayda 11 min dollar əməkhaqqı ödəyəcək.
Portuqaliya vətəndaşlığı da daşıyan Pana ilk 6 ayda Şahin Diniyevin rəğbətini doğruldarsa, müqavilənin müddəti daha 1 il uzadılacaq. Məvacibi də artırılmaq şərtiylə.
SPORTİNFO.AZ

