Azərbaycan klubundan son transfer, 1 illik müqavilə

4 İyul 2023 23:40 Səbail 819
Azərbaycan klubundan son transfer, 1 illik müqavilə

“Səbail” heyətini daha bir legionerlə gücləndirib.

Sportinfo.az xəbər verir ki, “dənizçilər” yarımmüdafiəçi Yadin Luqasinin keçidini rəsmiləşdirib.

24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Yadin son olaraq ölkəsində "Kiryat Şimona"da çıxış edib.

"Səbail" bu gün digər bir israilli futbolçunu - Nir Bardeanı da heyətinə qatıb.

Həmçinin klub daha əvvəl Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Coşqun Diniyev, Bahadur Həziyev və Amil Yunanov sıralarına cəlb edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti