“Səbail”dən ayrıldı, 3 bölgə klubundan təklif aldı

5 İyul 2023 09:40 Səbail 1 531
“Səbail”dən ayrıldı, 3 bölgə klubundan təklif aldı

Elmir Tağıyev karyerasını bölgə klublarının birində davam etdirəcək.

23 yaşlı futbolçu ilə “Qəbələ”, “Turan Tovuz” və “Kəpəz” yaxından maraqlanır.

Müqavilə ilə “Səbail”ə məxsus olan, lakin bu klubda qalmayacağı dəqiqləşən yarımmüdafiəçi hazırda sözügedən klubların arasında seçimini edir.

Əsas məsələ daim forma şansı qazanacağı komandalardan birində qərarlaşmaqdır. Futbolçu yaxın günlərdə qərarını verəcək.

Tağıyev ötən mövsüm “Səbail”in heyətində meydana çıxdığı 33 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti