Azərbaycan klubundan SON DƏQİQƏ TRANSFERİ – Portuqaliyadan

2 İyul 2023 13:35 Səbail 5 766
Azərbaycan klubundan SON DƏQİQƏ TRANSFERİ – Portuqaliyadan

Növbəti mövsüm avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyan “Səbail” heyətini gücləndirməkdədir.

Daxili bazardakı çalışmalarını demək olar başa vuran “dənizçilər” ölkə xaricində arayışlarını genişləndirib.

Bayıl klubu axtardığını bu dəfə Portuqaliyada tapıb. Adıçəkilən ölkənin birinci liqasında çıxış edən Valdemar Pana ilə anlaşma əldə olunub.

Şahin Diniyevin bəyəndiyi yarımmüdafiəçi ən qısa Azərbaycana gələcək.

Onun son klubu Portuqaliyada "Akademik De Viseu" klubu olub.

31 yaşlı anqolalı daha əvvəl "Leixoes", "Chaves" və "Maritimo" klublarında forma geyinib.

Arxada qalan mövsüm bu komanda ilə 28 oyunda meydana çıxıb. O, ümumilikdə karyerası ərzində 255 görüşdə 15 qol, 8 asist etməyi bacarıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti