“Səbail"in yay hazırlıq planı bəlli olub.
Sportinfo.az xəbər verir ki, iyulun 1-də bir araya gələcək komanda iyulun 8-nə qədər məşqlərini Bakıda keçirəcək.
Bayıl təmsilçisi iyulun 9-da toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.
“Dənizçilər” bu müddətdə üç yoxlama oyunu keçirəcək. Matçların detalları ilə bağlı məlumatın qarşıdakı günlərdə veriləcəyi bildirilib.

