"Hazırda agentim Azərbaycan klubları ilə danışıq aparır"

1 İyul 2023 02:10 Səbail 1 981
"Hazırda agentim Azərbaycan klubları ilə danışıq aparır"

"Uypeşt" in futbolçusu Matiya Lyuyiç yeni mövsümə Azərbaycan Premyer Liqasında başlayıb-başlamayacağını hələ ki, dəqiqləşdirməyib.

Əslində, özü ölkəmizdə oynamaq istəyir, lakin Macarıstan klubunun onu buraxıb-buraxmayacağı bəlli deyil.

Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən serbiyalı hazırkı durumu belə şərh edib:

"Uypeşt"də qalıb-qalmayacağım bəlli deyil. Azərbaycana qayıdıb-qayıtmayacağım da dəqiqləşməyib.

Hazırda agentim Azərbaycan klubları ilə danışıq aparır. Amma bu dəqiqə üçün yenilik yoxdur. Premyer Liqada oynamaq xoş idi. Yeni mövsümə harada başlayacağım dəqiq deyil".

“Teleoptik”, “Partizan”, “Rad”, “Jalqris”, “Vellinqton Finiks”, “Belenenseş”, “Bney Yehuda”, “Qanqvon”. “Hapoel Hayfa”da oynamış 29 yaşlı yarımmüdafiəçi başa çatan mövsümü “Səbail”də keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti