Qəsəbə klubunda məşqçi ayrılığı və yeni təyinatlar – İCLASIN QƏRARLARI

29 İyun 2023 16:40 Səbail 1 864
Qəsəbə klubunda məşqçi ayrılığı və yeni təyinatlar – İCLASIN QƏRARLARI

“Səbail”də növbəti iclas keçirilib. Budəfəki yığıncaq akademiyanın son mövsümdəki nəticələrinə həsr olunub.

Toplantıda bir sıra mühüm qərarlar qəbul edilib.

Gənclər Liqasında qarşısına qoyulan məqsədi yerinə yetirə bilməyən Müşviq Qənbərov U-19-un sükanı arxasından uzaqlaşdırılıb.

Onunla müqavilə yenilənməyib.16 yaşlılardan ibarət kollektivin baş məşqçisi Ramin Həbibov U-17-yə təyin edilib.

Rəhbərlik buna kimi U-15-i çalışdırmış Elnur Abdullayevə isə U-16-nı tapşırıb.

Akademiyanın digər məşqçilərindən Yaşar Abuzərovla Ramiz Hüseynova da məsul vəzifə həvalə olunub.

Hər iki mütəxəssis əvəzedicilərdən ibarət komandada Asif Miriliyə köməkçi təyin edilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti