“Neftçi”nin eks funksioneri ikinci legioneri də İsraildən gətirdi - Bu klub üçün

29 İyun 2023 11:00 Səbail 2 891
“Neftçi”nin eks funksioneri ikinci legioneri də İsraildən gətirdi - Bu klub üçün

Legioner axtarışına çıxan “Səbail” ikinci transfer əməliyyatını həyata keçirib.

Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən yalnız son turda gəlmiş Şahin Diniyev bu dəfə də İsrail bazarına üz tutub.

“Dənizçilər”in baş məşqçisi adıçəkilən ölkədən mərkəz müdafiəçisi gətirib. O, bu keçidi “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanovun vasitəsilə reallaşdırıb.

Hazırda həm “tiktoker”, həm də menecer kimi fəaliyyət göstərən tanınmış sabiq funksionerin bir neçə gün öncə Bayıl klubuna İsraildən yarımmüdafiəçi transfer etməsini də xatırladaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti