“Səbail”in baş məşqçisi Şahin Diniyev özünə yeni köməkçi götürüb.
O, “Kəpəz”in sükanı arxasına keçmiş Azər Məmmədovu türkiyəli mütəxəssislə əvəzləyib.
Həmin yardımçı vaxtilə “Qarabağ”ın aşağı yaş qrupları üzrə koordinatoru vəzifəsini tutmuş Sebahettin Tekindir.
Bir ara ölkəsində - “Adıyaman 1954”də, həmçinin Bakıda Sirius Futbol Akademiyasında çalışmış Tekinlə 1 illik müqavilə imzalanıb.
SPORTİNFO.AZ

