“Çelsi”nin sabiq ulduzundan azərbaycanlı futbolçuya: “Həzz aldım”

26 İyun 2023 17:20 Səbail 1 295
“Çelsi”nin sabiq ulduzundan azərbaycanlı futbolçuya: “Həzz aldım”

"Səninlə oynamaqdan həzz alırdım".

Sportinfo.az xəbər verir ki, bunu qanalı sabiq ulduz Maykl Essyen karyerasını başa vuran Rahid Əmirquliyev haqqında "Səbail"ın mətbuat xidmətinə açıqlamasında deyib.

“Çelsi”nin 41 yaşlı keçmiş yarımmüdafiəçisi "dənizçilər"dəki komanda yoldaşına müraciət edib:

"Salam, Rahid. Karyeranı bitirməyin barədə məlumat aldım.

Sənə uğurlar arzulamaq üçün kiçik bir video hazırladım. Hər şeyin ən yaxşısını arzu edirəm. Görüşənədək".

Maykl Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək “Səbail”in heyətində çıxış edib.

Rahid Əmirquliyev 2018-ci ildən Bayıl təmsilçisinin uğurları üçün çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti