Premyer Liqa klubunda qəfil yoxlama başladı – İSTEFANIN GİZLİ SƏBƏBİ

26 İyun 2023 16:00 Səbail 1 818
Premyer Liqa klubunda qəfil yoxlama başladı – İSTEFANIN GİZLİ SƏBƏBİ

“Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) baş sponsoru olduğu “Səbail”də qəfil yoxlamalara başlayıb.

ASCO Bayıl təmsilçisinə audit qripu göndərib.

Maliyyə təhqiqatı klubun bütün sahələrini əhatə edir. Araşdırmaların iyunun sonunadək başa çatdırılması nəzərdə tutulub.

Himayədar təşkilatda “dənizçilər”ə ayırdığı vəsaitin istiqaməti üzrə xərclənməməsinə dair ciddi şübhələr yaranıb. Bununla bağlı ASCO-ya müxtəlif mənbələrdən müəyyən informasiyalar daxil olub.

Fərəc Əliyevin ötən həftə icraçı direktor postundan istefa verməsi həm də bu proseslə əlaqədardır.

ASCO 2016-ci ildən – klubun yarandığı dövrdən burada çalışan funksionerin ötən müddətdəki fəaliyyətini hərtərəfli yoxlamağı lazım bilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti