Azərbaycan klubu İsraildən yarımmüdafiəçi gətirdi

25 İyun 2023 16:05 Səbail 2 254
Azərbaycan klubu İsraildən yarımmüdafiəçi gətirdi

“Səbail” yayın ilk legioner transferini reallaşdırmağa hazırlaşır.

Son turda “Şamaxı”nı udaraq Premyer Liqada yerini qoruyan “dənizçilər” israilli futbolçu ilə anlaşıb.

Hələlik adı gizli saxlanılan yarımmüdafiəçi ilə birillik müqavilə şərtləri razılaşdırılıb.

Bayıl təmsilçisi mövsüm başa çatan kimi bütün əcnəbi oyunçuları ilə vidalaşıb. Yalnız David Qomis istisnadır.

Şahin Diniyev bu ilin əvvəlində özünün gətirdiyi fransalı hücumçunu saxlayıb, Mahnud Qurbanovun vaxtında alınanların hamısını düşərgədən göndərib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti