Azərbaycanlı futbolçu Türkiyədə daha çox qazanacaq

23 İyun 2023 20:20 Səbail 2 513
Azərbaycanlı futbolçu Türkiyədə daha çox qazanacaq

"Səbail" bir neçə gün öncə "Zirə"dən transfer etdiyi Coşqun Diniyevlə yollarını ayırıb.

28 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə - "Ümraniyespor"da davam etdirəcək.

Diniyevin "Səbail"lə müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə, "dənizçilər"dən hər hansı şərt olmadan ayrıla biləcəyi barədə müvafiq bənd yer alıb.

"Ümraniyespor" ötən mövsümün sonunda Super Liqa ilə vidalaşıb. Gələn “futbol ili”nə TFF I Liqada başlayacaq İstanbul klubu Coşqunla 1+1 illik müqavilə imzalayıb.

O, “Səbail”lə illik 150 min manata müqavilə bağlamışdısa, qardaş ölkədə bundan çox qazanacaq. Arada təqribən iki dəfə fərq var.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti