"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisi "Şamaxı"dan Bahadur Həziyevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalandığı açıqlanıb.
Amma redaksiyamıza bu transferlə bağlı maraqlı informasiya daxil olub.
Belə ki, Həziyevin "Şamaxı" ilə 2026-cı ilə kimi qüvvədə olan müqaviləsi var.
O, yeni klubuna, sadəcə bir illik icarəyə verilib.
İşin qəribə tərəfi odur ki, Bayıl təmsilçisi bütün ictimaiyyəti aldadaraq "Şamaxı"lı futbolçu il bir illik anlaşma imzalandığını rəsmi səhifəsindən yayımlayıb.
Bu da bizim peşəkar adlandırdığımız Premyer Liqa klubu...
SPORTİNFO.AZ

