Azərbaycanlı baş məşqçi oğlunu öz komandasına gətirdi

21 İyun 2023 20:20 Səbail 1 463
Azərbaycanlı baş məşqçi oğlunu öz komandasına gətirdi

“Səbail” yay fasiləsində ikinci transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Coşqun Diniyevlə müqavilə imzalanıb.

Son iki ili “Zirə”də keçirən 28 yaşlı orta sahə oyunçusu növbəti mövsümdən “dənizçilər”in formasını geyinəcək.

Maraqlıdır ki, Coşqun Diniyevin atası Şahin Diniyev “Səbail”in baş məşqçisi, qardaşı Kərim Diniyev isə köməkçi-məşqçisidir.

Qəsəbə təmsilçisi buna qədər “Qəbələ”nin qapıçısı Səlahət Ağayevi heytinə cəlb edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti